Daxili kommunikasiya üçün Legal Design-in üstünlükləri

SHRM-in araşdırmasına görə, ABŞ şirkətləri təşkilat daxilindəki yanlış kommunikasiya səbəbindən orta hesabla ildə 62,4 milyon dollar itirirlər. Xüsusilə, aydın olmayan sənədlər narahatlıq yaradır. İşçilər əlavə vaxt aparan suallarla şirkətdaxili hüquqşünaslara müraciət edirlər.

Legal design yanaşması daxili kommunikasiyanı yaxşılaşdırır. Bir çox böyük və tanınmış şirkətlər legal design-in müsbət təsirini artıq təcrübədən keçirmişdir. Bu yanaşma Shell, Airbus, Renault kimi iri və mürəkkəb şirkətlərdə istifadə olunur. Legal design alətləri bu şirkətlərə işçiləri daxili kommunikasiyaya cəlb edən və şirkətin dəyərlərini göstərən istifadəçi dostu mühit yaratmağa kömək edir.

Uyğunsuz və çətin sənədlər işçilərin məhsuldarlığını və layihəni idarə etmək imkanlarını azaldır. “Effective Organizational Communication: a Key to Employee Motivation and Performance” araşdırmasının nəticələri göstərir ki, düzgün və uyğun sənədlər vasitəsilə işçilər arasında etibar və motivasiya artır.

Şəkillər, hətta komikslər də faydalı alətdir. Adi bir vəziyyət qısa hekayə formasında təqdim olunur və bu, uzun mətnlə müqayisədə daha asan qavranılır. Yaxşı nümunə kimi Creative Contracts tərəfindən yeni işə qəbul olunan əməkdaşlar üçün hazırlanmış komiksləri göstərmək olar. Təlim müddəti 4 saatdan 40 dəqiqəyə qədər azaldılmışdır. Legal design-in onboarding sahəsində başqa bir nümunə Avstraliyanın Aurecon şirkətinin əmək müqavilələridir. Bu sənədlərdə tərəflər sadə personajlar kimi təqdim olunur və sadə dillə danışırlar.

Beləliklə, legal design alətləri şirkət daxilində hüquqi kommunikasiya qurmaq imkanı yaradır. Düzgün və uyğun sənədlər biznesiniz üçün ciddi bir təkan ola bilər.
Əlaqə
© Dejured 2023, All Rights Reserved
Sosial şəbəkələr
Haqqımızda:
MMC «Dejured»
№ (VÖEN) 2008126981
Hüquqi ünvanı: AZ1025, Baki şəhəri Xətai rayonu, 1-ci Yaşil Ada, ev 5, «Ağ Şəhər»