Bu Müqavilənin 8.1-ci bəndinə uyğun olaraq
Admitt platforması vasitəsilə elektron qaydada bağlanması, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, o cümlədən elektron sənədlər və elektron imza haqqında normativ hüquqi aktlara uyğun olaraq,
yazılı formada bağlanmış və tərəflərin öz əl imzaları ilə təsdiq edilmiş müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir və Tərəflər üçün məcburidir.
Tərəflər razılaşırlar ki, Müqavilənin elektron formada qəbul edilməsi faktı
Admitt platformasının texniki vasitələri ilə qeydə alınır və bu cür qeydlər (tarix, vaxt, istifadəçi identifikasiyası, IP ünvanı və digər texniki məlumatlar) Müqavilənin bağlanması faktını təsdiq edən
qanuni sübut kimi istifadə edilə bilər.